Türkiyənin "Yeşilçam" aktrisasının yeni görüntüləri müzakirələrə səbəb olub.
Lent.az türk mediasına istinadən xəbər verir ki, "Salako" filmindəki "Emine" obrazı ilə çıxış edən Meral Zerenin indiki halının fotoları paylaşılıb.
Qeyd edək ki, "Yeşilçam" gözəli 1956-cı ildə Türkiyənin Adana şəhərində dünyaya gəlib və 15 yaşında məkanların birində müğənnilik edərkən prodüser Atif Yılmaz və Memduh Ün tərəfindən kəşf edilərək, filmlərə çəkilib.