"Reina"dakı teraktın icraçısı həbs edildi
11 fevral 2017 19:51 (UTC +04:00)

"Reina"dakı teraktın icraçısı həbs edildi

Istanbulun Ortaköy rayonundakı “Reina” gecə klubunda 39 nəfərin ölümü ilə nəticələnən terror aktının icraçısı Abdulkadir Maşaripov barəsində Istanbulun Çaqlayan rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan  tədbiri seçilib.   

 

APA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə şöbəsi bundan əvvəl A.Maşaripovun cinayət işinin istintaqını başa çatdıraraq məhkəməyə təqdim etmişdi.  

 

A.Maşaripov terror “təşkilatının fəaliyyətində iştirak”, “bir nəfərdən çox şəxsin qətli”, “konstitusiya quruluşunun devirməsinə cəhd” maddələri üzrə təqsirli hesab edilib.  

 

Xatırladaq ki, A.Maşaripovla birlikdə Qırğızıstan, Misir, Seneqal və Somali vətəndaşları olan  3 qadın və 1 kişi də saxlanılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar