"Mərhum" öz dəfn mərasimindən sonra evə qayıtdı
İndoneziyanın Şərqi Yava əyalətinin sakini özünün dəfnindən sonra evə qayıdıb.
Lent.az Lenta.ru-ya istinadla bildrir ki, yanlışlıq motosikletdə sənədsiz gedən kişinin yol qəzası nəticəsində ölməsi ilə başlayıb. Eybəcər hala düşən meyitin kimliyini müəyyən etmək mümkün olmayıb. Ona görə ölənin şəxsiyyəti motosiklet üzrə müəyyənləşdirilib. Polis onun 40 yaşlı Sunarto adlı tikinti işçisinin adına qeydiyyatda olub.
Sunartonun qalıqları dəfn üçün doğmalarına verilib. Dəfndən 7 saat sonra Sunarto evə qayıdıb. Kişinin sözlərinə görə, ölümü haqda işdəki dostlarından məlumat alıb. O deyib ki, 3 ay əvvəl Variim adlanan dostuna pul borclu olub. Yol qəzası zamanı ölənin də Variimin olduğu bildirilir.
1506