"Facebook"a qarşı sərt tədbirlər görüləcək
25 mart 2018 19:24 (UTC +04:00)

"Facebook"a qarşı sərt tədbirlər görüləcək

Avropa İttifaqının (Aİ) ədliyyə üzrə komissarı Vera Yurova istifadəçilərin şəxsi məlumatları ilə bağlı qalmaqalla üzləşən "Facebook" sosial şəbəkəsinə qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.

 

APA-nın məlumatına görə, V. Yurova "Bild am Sonntag" nəşrinə müsahibəsində deyib ki, 50 milyon "Facebook" istifadəçisinin şəxsi məlumatlarının sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir.

 

Komissar "Facebook" rəhbərliyindən vəziyyətlə bağlı rəsmi açıqlama tələb edib: "Mən "Facebook" rəhbərliyindən tələb edirəm ki, bu qalmaqalın Avropadakı istifadəçilərə nə dərəcədə təsir etməsinə aydınlıq gətirsin".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

APA Baycan

Oxşar yazılar