<span style="color:red;">Pentaqon:  Rusiya təyyarəsi yenidən Türkiyənin hava məkanını pozub
31 yanvar 2016 10:55 (UTC +04:00)

Pentaqon: Rusiya təyyarəsi yenidən Türkiyənin hava məkanını pozub

Pentaqon Rusiyanın döyüş təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair Ankaranın bəyanatını təsdiqləyib.

 

APA-nın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Mark Rayt RİA “Novosti” agentliyinə bildirib.

 

M. Rayt Rusiya və Türkiyəni eskalasiyanın qarşısını almaq üçün danışıqlar aparmağa çağırıb.

 

“Rusiya döyüş təyyarəsinin yanvarın 29-da Türkiyə və NATO-nun havasərhədini pozması barədə məlumatlardan xəbərdarıq və bunu təsdiq edirik. Əvvəlki insidentlərdən sonra da bəyan etdiyimiz kimi, ABŞ daNATO kimi bu məsələdə Türkiyə ilə həmrəydir və biz Rusiyanı Türkiyəninhava məkanına hörmət etməyə, regionda qeyri-stabilliyə səbəb olan əməllərdən çəkinməyə çağırırıq. Rusların və türklərin eskalasiyanın qarşısını almaq üçün danışıqlar aparması vacibdir”, - M. Rayt qeyd edib.   

 

Qeyd edək ki, Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus SU-34 qırıcı təyyarəsi  yanvarın 29-da yenidən Suriya istiqamətindən Türkiyənin havaməkanını pozub. Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib. 

 

İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb, ona etiraz notası təqdim olunub. 

 

“Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz halların məsuliyyəti tamamilə Rusiyanın üzərinə düşəcək. Bu, Rusiyanın iki ölkə arasında böhranın daha da dərinləşməsini istəməsinin aşkar göstəricisidir”, - deyə XİN-in bəyanatında bildirilir. 

 

Rusiya Müdafiə Nazirliyi isə Türkiyə tərəfinin iddialarını rədd edib.  

 

Xatırladaq ki, 2015-ci ilin noyabrın 24-də Suriya istiqamətindən Türkiyənin hava sərhədlərini pozan, Rusiyaya məxsus SU-24 bombardmançı təyyarə Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Ankara Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu iddia edib. Rusiya tərəfi isə Türkiyənin hava məkanını pozulması faktını inkar edərək, insidenti təcavüz aktı kimi qiymətləndirib.

 

İnsident iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12