<span style="color:red;">Davudoğlu : “Hava məkanına sahib çıxmaq ən təbii haqqımızdır”
25 noyabr 2015 16:09 (UTC +04:00)

Davudoğlu: “Hava məkanına sahib çıxmaq ən təbii haqqımızdır”

 

“Öz hava sahəmizi qorumaq ən təbii haqqımızdır. Bu hadisədə Rusiya Federasiyası ilə münasibətləri gərginləşdirmək kimi bir məqsədimiz olmayıb. Rusiya bizim dostumuz və qonşumuzdur. Böyük dövlətlər arasında əlaqələr kommunikasiya qəzalarına qurban verilə bilməz”.

            

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament  fraksiyasının toplantısında çıxışı edərkən deyib.

Ə. Davudoğlu Rusiya hərbi təyyarəsinin bütün xəbərdarlıqlara məhəl qoymadığı üçün vurulduğunu təkrarlayıb: “Təhlükələrə cavab qaydaları Rusiya hakimiyyət orqanlarına bütün açıqlığı ilə bir neçə dəfə izah edilib. Pozulan hava sahəsi eyni zamanda NATO hava sahəsidir. Rusiyaya hadisə barədə ətraflı məlumatlar verdik. Gərginliyi artırmamaq üçün bütün tərəflər səy göstərməlidir. Türkiyənin öz hava məkanına sahib çıxması ən təbii haqqıdır. Ölkəmizin təhlükəsizliyi üçün nə lazımdırsa, ediləcək”.

 

Ə. Davudoğlu Suriyada türkmənlərin yaşadığı Bayır Bucaq bölgəsinin şiddətli hücumlara məruz qaldığını söyləyib: “Suriya rejiminin necə vəhşicə davrandığı ortadadır. Bayır Bucaq bölgəsində bir nəfər də “İŞİD” üzvü və terrorçu yoxdur. Kimsə Bayır Bucaq bölgəsinə hücumları “İŞİD” bəhanəsi ilə legitim göstərə bilməz. “İŞİD”ə hücum edirik deyə Bayır Bucağın məsum insanlarına hücumlar edilməsinə göz yuma bilmərik”.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35