AŞPA sədri: “Biz qərbsayağı demokratiya modelini zorla ölkələrə tətbiq etdirməməliyik”
25 yanvar 2016 15:56 (UTC +04:00)

AŞPA sədri: “Biz qərbsayağı demokratiya modelini zorla ölkələrə tətbiq etdirməməliyik”

0
“Avropanı təkəbbürlü olmamağa və qərbsayağı demokratiyanı zorla ölkələrə diktə etməməyə çağırıram”.

APA-nın Avropa müxbirinin məlumatına görə, bunu bu günAvropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasıın ilk plenar iclasında qurumun yeni seçilmiş sədri Pedro Aqramunt bəyan edib.

 

“Biz belə hallardan çəkinməliyik. Hər ölkənin öz tarixi və inkişaf yolu olduğundan, qərbsayağı demokratiya modelini hansısa ölkəyə zorla tətbiq etdirməməliyik. Bu təkəbbürlüyün göstəricisidir və çox təhlükəlidir. Çünki biz bu cür siyasətimizlə bir çox ölkələri özümüzdən uzaqlaşdıra bilərik”, - deyə o vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar