Braziliyada kütləvi etiraz aksiyaları keçirildi
09 yanvar 2016 05:34 (UTC +04:00)

Braziliyada kütləvi etiraz aksiyaları keçirildi

Braziliyada baş verən kütləvi etiraz aksiyalar zamanı nümayişçilər və polis arasında toqquşmalar baş verib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ictimai nəqliyyatda gediş haqqının bahalaşmasına qarşı nümayişlər ölkənin ən iri şəhəri San-Paulu daxil olmaqla, bir çox şəhərlərdə keçirilib.

 

Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşqalaq ediblər. Asayiş keşikçiləri isə cavab olaraq onlara qarşı səs qumbaraları və gözyaşardıcı qazdan istifadə edib.

 

Qeyd edək ki, 3 il əvvəl də nəqliyyat tariflərinin artması Braziliyada kütləvi etirazlara səbəb olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar