Yeni Kaledoniya sahillərində 7,0 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, Tadin şəhərindən 120 km şərqdə, ocağı isə 14 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Sakit okeanın cənub-qərbində yerləşən Yeni Kaledoniya Fransanın xüsusi inzibati-ərazi vahidi hesab olunur.