Kaliforniyada sel və daşqınlarla nəticələnən güclü leysan yağışlar 8 nəfərin ölümünə səbəb olub. APA-nın “Los Angeles Times”a istinadən verdiyi xəbərə görə, bu barədə Santa Barbara dairə şerifi Kelli Xuver bildirib.
Onun sözlərinə görə, ölümlə nəticələnən bütün insidentlər Montesito şəhərində baş verib. Təbii fəlakət nəticəsində 25 nəfər xəsarət alıb.
Əhali sel və daşqınların davam edə biləcəyi ilə bağlı xəbərdar edilib.