[b]Ukrayna küçələrini “Alfa” qrupu mühafizə edir[/b]
30 mart 2019 19:44 (UTC +04:00)

[b]Ukrayna küçələrini “Alfa” qrupu mühafizə edir[/b]

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) prezident seçkiləri ilə bağlı martın 30-dan gücləndirilmiş iş rejiminə keçib.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Alfa” qrupu Ukraynanın küçələrini, vağzallarını, aeroportlarını mühafizə edəcək.
 
UTX mühafizə zamanı zirehli maşınlar və pilotsuz aparatlardan istifadə edir. Bütün bunlar Ukraynada seçki ərəfəsində həyata keçirilə biləcək təxribatın qarşısını almağa xidmət edir.
 
Xatırladaq ki, Ukraynada prezident seçkiləri bazar günü - martın 31-də keçiriləcək. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. Beş nəfər sonradan namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 963
avatar

Oxşar yazılar