Antarktidada yerləşən "Akademik Verdanskiy" stansiyasında işləyən Ukrayna alimləri xərçəng əlehinə dərmanın yaradılmasına nail olublar.
Lent.az-ın "Trend"ə istinadən verdiyi məlumata əsasən, bu haqda Ukraynanın Milli Antarktida Mərkəzinin direktoru Valeriy Litvinov deyib. Onun sözlərinə görə, dərman ekstremal şəraitdə yaşayan və ekstremal imkanlara malik olan Antarktik mikroorqanizmlər əsasında yaradılıb.
Qeyd olunur ki, "Melovit" adlandırılan dərmanın lisenziyasını biologiya institutu artıq alıb. Lakin dərman klinik sınaqlardan sonra geniş kütlənin istifadəsinə veriləcək.