[b]Türkiyədə 81 İŞİD-çi tutuldu[/b]
27 oktyabr 2016 23:47 (UTC +04:00)

[b]Türkiyədə 81 İŞİD-çi tutuldu[/b]

Türkiyə polisi ölkənin bir neçə əyalətində İŞİD silahlılarına qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən 81 nəfər saxlanılıb.

 

APA-nın “Hurriyet” istinadən verdiyi xəbərə görə, əməliyyat İstanbul şəhərini, Qaziantep, Şanlıurfa, Kırklareli və Ərzurum əyalətini əhatə edib. Məlumata görə, zərərsizləşdirilmiş qrup gəncləri İŞİD sıralarına cəlb etməklə, həmçinin, Suriya və İraqdakı terrorçulara maddi-texniki yardım göstərməklə məşğul olub.  

 

Saxlanılanlardan 21 nəfərin İŞİD-in yerli qruplarının rəhbəri, 60 nəfərin isə əcnəbi olduğu bildirilir. Onların vətəndaşlığı barədə məlumat verilmir.  

 

Saxlanılanlardan silah-sursat və onların terrorçuluq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyən maddi sübutlar aşkarlanaraq götürülüb.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar