[b]Türkiyə Rusiya buğdasının rüsumsuz idxalına qadağa qoydu[/b]
17 mart 2017 07:17 (UTC +04:00)

[b]Türkiyə Rusiya buğdasının rüsumsuz idxalına qadağa qoydu[/b]

Türkiyə hökuməti Rusiyadan buğda, qarğıdalı və günəbaxan yağının rüsumsuz idxalı üçün lisenziyaların verilməsini dayandırıb.  APA-nın xəbərinə görə, bu barədə “Kommersant” Kənd təsərrüfatı malları ixracatçıları Milli Assosiasiyasına istinadən məlumat yayıb.

 

Məlumata əsasən, qeyd olunan malların Türkiyəyə idxal olunması üçün 130 faiz məbləğində rüsum tətbiq edilə bilər. Bu isə, faktiki olaraq, tədarükün dayandırılması deməkdir.

 

Qeyd edək ki, Türkiyə Rusiyadan buğdanın idxal həcminə görə Misirdən sonra dünyada ikinci yerdədir. 2016-cı ilin iyulundan 2017-ci ilin fevralınadək Türkiyə Rusiyadan 2 mln. ton buğda idxal edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar