<b>Türkiyə Ordusu Suriyanın Tel-Rifat rayonunu PYD-YPG terrorçularından təmizləyib</b> - YENİLƏNİB
27 mart 2018 15:44 (UTC +04:00)

Türkiyə Ordusu Suriyanın Tel-Rifat rayonunu PYD-YPG terrorçularından təmizləyib - YENİLƏNİB

0
Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat rayonunu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyib.
 
 
 
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Tel-Rifatdakı yerli mənbələr bildiriblər.
 
 
 
Tel-Rifat rayonu və Tel-Rifat şəhərinin hazırda Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusunun tam nəzarəti altında olduğu bildirilir.
 
 
 
14:09
 
Bu gün Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün hərbi əməliyyata başlayıb.
 
 
 
APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə qırıcı təyyarələri ötən gecə PYD/YPG  terrorçularının Tel-Rifat ətrafındakı mövqeləri bombalayıb. Bu gün isə Türkiyə ordusu və Azad Suriya Ordusunun bölmələri quru əməliyyatına başlayıb. Tel-Rifatın PYD/YPG  terrorçularından təmizlənməsi ilə “Zeytun budağı” əməliyyatı başa çatacaq.
 
 
 
Qeyd edək ki, martın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusu və Azad Suriya Ordusunun növbəti hədəfinin Suriyanın Tel-Rifat rayonu olacağını açıqlayıb. R. T. Ərdoğan deyib ki, qısa müddətdə Tel-Rifat nəzarət altına alınacaq və  "Zeytun budağı" əməliyyatı hədəfinə çatdırılacaq. Xatırladaq ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı əməliyyata başlayıb və ötən dövr ərzində Afrin bölgəsi tam nəzarətə götürülüb. Ərəblərin yaşadığı Tel-Rifat bölgəsi 2016-cı ildə Afrindəki PYD/YPG terrorçuları tərəfindən işğal olunub və "Zeytun budağı" əməliyyatı zamanı Afrindən qaçan terrorçular məhz Tel-Rifata və Tel-Rifat üzərindən Suriyanın digər bölgələrinə qaçıblar. Martın 24-də Tel-Rifat şəhərində yerli sakinlər aksiya keçiriblər. Aksiya iştirakçıları Türkiyə ordusunun və Azad Suriya Ordusunun PYD/YPG terrorçularını bölgədən qovmasının istəyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar