ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
APA-nın verdiyi məlumata görə, bu barədə “Anadolu” xəbər verib. Danışığın təfərrüatları hələlik açıqlanmır.
Türkiyə KİV-ləri ABŞ və Türkiyə prezidentlərinin ilk telefon danışığının 45 dəqiqə davam etdiyini bildirirlər. Mənbələr telefon danışığının məhsuldar və müsbət olduğunu qeyd ediblər.
Bundan əvvəl bildirilmişdi ki, telefon danışığı fevralın 8-nə keçən gecə, Türkiyə vaxtı ilə saat 00:05-də başlayacaq. Əsas müzakirə mövzularının ikitərəfli əlaqələr və Suriya məsələsi olacağı bildirilmişdi.