[b]Tramp hər şeyi təkzib etdi[/b]
10 iyun 2017 00:13 (UTC +04:00)

[b]Tramp hər şeyi təkzib etdi[/b]

“Mənim Rusiya ilə heç bir əlaqəm olmayıb”.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp mətbuat konfransında bəyan edib.

 

“Heç bir sövdələşmə olmayıb, bütün məlumat sızmalarını isə keçmiş Federal Təhqiqatlar Bürosunun direktoru Komi təşkil edib”, deyə D.Tramp bildirib.

 

O, həmçinin sabiq FTB direktorundan loyallıq istəmədiyini, sabiq milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinnə qarşı araşdırmanın dayandırılmasını tələb etmədiyini, dediklərini andla təsdiq etməyə hazır olduğunu vurğulayıb.

 

Ötən gün Senatda keçirilən dinləmələrdə ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq rəhbəri Ceyms Komi bəyan edib ki, onun FTB direktoru vəzifəsindən azad olunmasına səbəb ölkədə keçirilmiş prezident seçkilərinə Rusiya müdaxiləsinin araşdırılması olub.    

 

Qeyd edək prezident Tramp FTB direktoru Ceyms Komini mayın 9-da vəzifədən kənarlaşdırıb.  2013-cü ildən FTB-yə rəhbərlik edən  Komi Trampın əleyhinə yönələn “Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub.  Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flin fevralda istefa verib. İstefa ərizəsində o, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə təmasları barədə Ağ Evə tam məlumat vermədiyini etiraf edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35