<b>Tramp hakimə reaksiya verdi </b>- <span style="color:red;">"Səlahiyyətlərini aşıb"
16 mart 2017 05:08 (UTC +04:00)

Tramp hakimə reaksiya verdi - "Səlahiyyətlərini aşıb"

Havay ştatı  məhkəməsinin hakimi vəzifə səlahiyyətlərini aşıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp hakim Derrik Uotsonun çıxardığı qərarı şərh edərkən söyləyib.

 

“Çox acınacaqlı xəbərdir. Havay ştatı  məhkəməsinin hakimi vəzifə səlahiyyətlərini görünməmiş səviyyədə aşıb. Bu çox pis qərardır və  təqdirəlayiq deyil”, deyə D.Tramp bildirib.

 

Qeyd edək ki, bu gün ABŞ-ın Havay ştatı  məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən yeni fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasında hakim Derrik Uotson tərəfindən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215

Oxşar yazılar