<b>Suriya qaçqınlarına Türkiyə vətəndaşlığı veriləcək</b>
03 iyul 2016 03:18 (UTC +04:00)

Suriya qaçqınlarına Türkiyə vətəndaşlığı veriləcək

Türkiyədə məskunlaşan milyonlarla suriyalı qaçqınlara  Türkiyə vətəndaşı olmaq şansı veriləcək.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 120 min qaçqının məskunlaşdığı Suriya ilə həmsərhəd Kilis əyalətində çıxışı zamanı deyib.   

 

Ərdoğan qeyd edib ki, Türkiyədə məskunlaşan suriyalı qaçqınların əksəriyyəti ölkənin vətəndaşı olmağa can atır.

 

“Addımlar atılır, bizim Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı əlindən gələni edəcək”.  

 

“Biz qardaş və bacılarımıza yardım edərək,  onlara vətəndaşlıq almaq üçün imkanlar yaradacağıq və DİN-də yaradılan xüsusi büro vasitəsilə bu prosesi nəzarətdə saxlayacağıq”, - deyə Ərdoğan bildirib.    

Qeyd edək ki, Türkiyənin ərazisində yaradılan sığınacaq və düşərgələrdə 2,7 mln. suriyalı məskunlaşıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Oxşar yazılar