[b]Seçkilərdə Ədalət və İnkişaf Partiyası irəlidədir[/b]
Türkiyədə keçirilən bələdiyyə seçkilərinə səsvermənin ilkin nəticələri açıqlanır.
Len.az Anadolu Ajansına istinadən xəbər verir ki, artıq seçki qutularının 40 faizi açılıb.
Saylan bülletenlərə görə, birinci yerdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı”, ikinci yerdə isə Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İYİ Partiyasının “Millət ittifaqı” bloku gedir. “Cümhur ittifaqı”nda əsas üstünlük AKP-yə məxsusdur.
987