[b]Sarkisyanın cangüdəni 2 mln. dollar girov qoyaraq azadlığa çıxır[/b]
21 iyul 2018 08:08 (UTC +04:00)

[b]Sarkisyanın cangüdəni 2 mln. dollar girov qoyaraq azadlığa çıxır[/b]

 

 

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın şəxsi cangüdəni general-mayor Vaçaqan Kazaryan 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq.

 

APA-nın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu ilin iyunun sonunda qeyri-qanuni varlanma və bəyannamələrdə yalan məlumatların təqdim edilməsi ittihamları ilə həbs edilən general Kazaryan məhkəmənin qərarı ilə girov müqabilində azadlığa buraxılacaq.  

 

“Ermənistan Apelyasiya Məhkəməsi vəkilin Vaçaqan Kazaryanın 1 mlrd. dram (2 mln. dollardan çox) girov müqabilində azadlığa buraxılmasına dair vəsatətini təmin edib. Müstəntiq etiraz etməyib”, - deyə məlumatda bildirilir.

 

V.Kazaryan girovu ödədikdən sonra azadlığa buraxılacaq.     

 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilmişdi ki, “Yunibank”ı tərk edərkən saxlanılan V.Kazaryanın üzərindən depozit hesabından çıxardığı 123 min dollar və 436 mln. dram (904 min dollar) aşkarlanıb. Onu müşayiət edən “Lexus” markalı avtomobildən isə daha 50 min dollar aşkarlanıb.    

 

Bundan başqa, V.Kazaryan həmin gün “Ardşinbank”dakı hesabından 1,78 mln. dollar, həyat yoldaşının hesabından isə 1,43 mln. dollar çıxarmaq niyyətində olub.  

 

Habelə, Serj Sarkisyanın şəxsi təhlükəsizlik xidmətinin rəhbərinin həyat yoldaşına məxsus evdən 1,2 mln. dollar və 230,5 min avro, qarajından isə bir neçə “Range Rover” və “Mercedes-Benz” markalı avtomobillər aşkarlanıb.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35