![[b]Rusiyanın Ermənistandakı bazasının hərbçiləri arasında DAVA[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Rusiyanın Ermənistandakı bazasının hərbçiləri arasında DAVA[/b]
Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının hərbçiləri arasında dava olub.
APA-nın “shamshyan.com”a istinadən verdiyi xəbər görə, hadisə ötən gecə Alabyan küçəsində yerləşən binalardan birinin həyətində baş verib.
Polisə dava barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə yaxınlaşdıqda ciddi bədən xəsarətləri almış bir nəfərin yerdə uzandığını aşkar ediblər. Daha 3 nəfər isə hadisə yerindən qaçıb.
Xəsarət almış şəxsin Rusiya vətəndaşı, 26 yaşlı Yuri Nikolayev olduğu aydınlaşıb. Polis davanın digər iştirakçılarının - Rusiya vətəndaşları, 23 yaşlı Vladislav Karasovski, 22 yaşlı Viktor Yudin və 26 yaşlı Nursulan Qizatulayev olduğunu da müəyyən edib, onlar saxlanılıb.
N. Qizatulayev polisə ifadəsində xəsarət alan şəxsi döydüyünü etiraf edib.
Onların hamısının 102-ci hərbi bazanın bölmə komandirləri olduğu bildirilir.
Oxşar yazılar

Miqrantları təyyarəyə doldurub bura göndərəcəklər
10 iyul 2025 , 06:03
Texasda ölənlərin sayı 119 oldu
10 iyul 2025 , 03:48Daha bir diaspor rəhbəri Rusiyadan deportasiya olundu - YENİLƏNİB
9 iyul 2025 , 23:52Hər şey bir sillə ilə məhdudlaşmadı: Bricit Makron Emmanuelə hər şeyi sözsüz "başa saldı" - VİDEO
9 iyul 2025 , 19:21
Ermənistanda deputat həbs olundu
9 iyul 2025 , 19:04
Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29