Rusiyanın Qara dəniz donanması Kiyevlə Moskva arasında imzalanmış sazişlərə tam əməl edir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentindən bildiriblər.
“Qara dəniz donanmasına məxsus ayrı-ayrı zirehli maşınların hərəkəti baza sazişlərinə uyğun olub və hər hansı əlavə razılaşma tələb etməyib”, - deyə Rusiya XİN-dən qeyd ediblər.