Çeçenistan respublikasının başçısı Ramzan Kadırovun köməkçisi Xasayn Kadırovun telefonları oğurlanıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə Moskvanın Leninqrad prospektində baş verib. Moskvada sərgərdan həyat tərzi keçirən 51 yaşlı Tula şəhər sakini Kadırovun “Mersedese” markalı maşının şüşələrini sındıraraq salondan “Ayfon-6”, “Aypad” telefonlarını götürüb.
Amma çox da uzağa gedə bilməyən bomj saxlanılıb.