<b>MKİ rəhbəri İŞİD-ə qarşı birgə əməliyyatı Ankarada müzakirə etdi</b>
10 fevral 2017 02:48 (UTC +04:00)

MKİ rəhbəri İŞİD-ə qarşı birgə əməliyyatı Ankarada müzakirə etdi

Ankarada səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo Suriyanın Rəqqa şəhərində İŞİD-ə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı müzakirə edib.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı ölkə rəhbərliyindəki mənbəyə istinadən məlumat yayıb.   

 

MKİ rəhbəri vəzifəsində ilk xarici səfəri zamanı Pompeo Türkiyə Milli Kəşfiyyat Təşkilatında (MIT) aparıb. MIT rəhbəri Hakan Fidanla baş tutan görüşdən sonra hər iki xüsusi xidmət orqanının rəhbəri ölkə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən qəbul edilib.

 

Görüşdə Suriyadakı vəziyyət və Yaxın Şərqdəki hadisələr müzakirə olunub. İŞİD-lə mübarizədə Türkiyə-ABŞ əməkdaşlığının inkişaf perspektivləri və Rəqqada planlaşdırılan əməliyyat  əsas müzakirə mövzuları olub.

 

Məlumata görə, Türkiyə tərəfi ABŞ-ın PKK-nın Suriya qolu olan PYD terror qruplaşması ilə əməkdaşlıq etməsindən narahatlığını Pompeonun diqqətinə çatdırıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar