![[b]Mixail Qorbaçov xəstəxanaya yerləşdirildi[/b]](https://lent.az/storage/news/2019/april/26/big/16ed645aa4bb515d46907a36808085b4.jpg)
[b]Mixail Qorbaçov xəstəxanaya yerləşdirildi[/b]
0
0
Keçmiş SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov özü haqqında filmin premyerasına gələ bilməyib.
ONA TASS-a istinadən xəbər verir ki, 88 yaşlı keçmiş siyasətçi xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya düşdüyündən o, 41-ci Moskva beynəlxalq kinofestivalında təqdim olunan “Qorbaçovla görüş” filminin premyerasında iştirak edə bilməyib.
Filmin müəllifi Andre Singer bildirib ki, Qorbaçov filmin nümayişinə gəlmək istəsə də, həkimlər buna imkan verməyiblər.
0
0