[b]İŞİD-in "ikinci adamı" da öldürüldü   [/b]
01 aprel 2017 21:14 (UTC +04:00)

[b]İŞİD-in "ikinci adamı" da öldürüldü [/b]

0

İraqda İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin “sağ əli” hesab edilən terrorçu İyad əl-Cümeyli məhv edilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, İraq Hərbi-Hava Qüvvələri terrorçuların Suriya ilə həmsərhəd Anbar əyalətinin Əl-Kaim rayonunda yerləşən komanda məntəqəsinə zərbələr endiriblər. Əməliyyat nəticəsində qruplaşmada ikinci şəxs hesab olunan “Əbu Yəhya” ləqəbli terrorçu İyad əl-Cümeyli məhv edilib. İŞİD iyerarxiyasında İyad əl-Cümeyli “müdafiə naziri” vəzifəsini icra edib.  

 

Məhv edilən silahlılar arasında Əbu Bəkr əl-Bağdadinin yaxın ətrafında olan “Əbu Hacar” ləqəbli Türki Camal əd-Düleymi və “Əbu Həttab” ləqəbli Salam Müzəffər əl-Əcminin olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar