[b]Iranda aviaqəza yerindən 45 meyit tapıldı [/b]
20 fevral 2018 23:25 (UTC +04:00)

[b]Iranda aviaqəza yerindən 45 meyit tapıldı [/b]

0

İranda təyyarənin qəzaya uğradığı ərazidən 45 nəfərin cəsədi aşkarlanıb

 

İranda təyyarə qəzası nəticəsində ölənlərdən 45 nəfərin cəsədi aşkarlanıb. APA-nın xəbərinə  görə, bu barədə “Press TV” məlumat yayıb.     

 

Məlumata görə, axtarış işləri 4 500 metr hündürlükdə, mürəkkəb meteoroloji şəraitdə aparılır. Hadisə yerinə 100-dən çox xilasedicilərin çalışdığı, əməliyyata 7 helikopterin cəlb edildiyi bildirilir.   

 

Qeyd edək ki, İranın “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçan   “ATR-72” tipli sərnişin təyyarəsi fevralın 18-də İsfahan əyalətində qəzaya uğrayıb. Qəza nəticəsində 66 nəfər ölüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 567

Oxşar yazılar