[b]İran XİN rəhbəri: ABŞ bəşəriyyəti məhv edə bilər[/b]
04 fevral 2018 04:29 (UTC +04:00)

[b]İran XİN rəhbəri: ABŞ bəşəriyyəti məhv edə bilər[/b]

0

ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.

 

“ABŞ-ın nüvə doktrinası, nüvə silahının yayılmaması müqaviləsinə zidd olaraq, nüvə silahından ciddi asılılığı əks etdirir. Beləliklə, bu doktrina bəşəriyyəti tam məhvə yaxınlaşdırır. Təəccüblü deyil ki, biz 1953-cü ildən bu vaxtadək  dünyanın sonuna daha çox yaxınlaşmışıq”, - deyə  Məhəmməd Cavad Zərif qeyd edib.

 

 “ABŞ prezidenti Donald Trampın İrana dair Hərtərəfli Birgə Fəaliyyət Planını ləğv etdirməkdə göstərdiyi inadkarlığı həmin ağılsızlıqdan irəli gəlir”, - deyə M.Cavad Zərif qeyd edib.   

 

Qeyd edək ki, fevralın 2-də dərc edilən yeni nüvə doktrinada ABŞ Rusiya, Çin və KXDR-i  Asiya-Sakit Okean regionunda təhlükə adlandırıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 441

Oxşar yazılar