ABŞ-ın Florida ştatında iki kiçik mühərrikli təyyarənin toqquşması nəticəsində iki nəfər ölüb. APA-nın “The Daytona Beach News-Journal”a istinadən verdiyi xəbərə görə, toqquşma Ecuoter şəhəri yaxınlığındakı meşə sahəsi üzərində baş verib. Təyyarələrdən biri havada olarkən qanadı ilə digərinə dəyib.
Təyyarələrdən birinin modeli “Cessna 170” olub, digərinin isə kustar üsula istehsal olunduğu bildirilir. İnsidentin araşdırılmasına başlanılıb.
Təyyarələrin göyərtəsində yalnız pilotlar olub.