[b]FED uçot dərəcəsini dəyişmədi[/b]
31 yanvar 2018 23:08 (UTC +04:00)

[b]FED uçot dərəcəsini dəyişmədi[/b]

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

 

"APA-Economics" xəbər verir ki, FED uçot dərəcəsini 1,25-1,5% səviyyəsində saxlayıb.

 

Qeyd edək ki, sonuncu dəfə FED dekabrın 13-də  uçot dərəcəsini 0,75-1%-dən  1-1,25%- dək artırıb.

 

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar