<b>Bir ailənin 4 üzvü qətlə yetirildi</b>
04 mart 2017 07:21 (UTC +04:00)

Bir ailənin 4 üzvü qətlə yetirildi

Rusiyanın Tuva Respublikasında ikisi azyaşlı olmaqla bir ailənin 4 üzvü qətlə yetirilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Ak-Dovurak şəhərində, beşmərtəbəli yaşayış binasının mənzilində qeydə alınıb.

 

Belə ki, yanğınsöndürənlər mənzildə  baş vermiş yanğını söndürərkən 4 nəfərin meyitini aşkar ediblər. İlkin versiyaya görə, ərlə arvad çoxsaylı bıçaq zərbələrindən öldürülüb. 4 və 6 yaşında iki uşağı isə vanna otağında suda boğublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar