
Adnan Oktarın "kediciklər"inə efir qadağası qoyuldu
Türkiyəli din adamı Adnan Oktarın "kedicik"ləri bundan sonra efirə çıxmayacaq.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Adnan Oktarın özü açıqlayıb.
Son günlər "kedicik" kimi tanınan qadınların geyimi Türkiyənin Ali Radio və Televiziya Qurumunda və xalq arasında müzakirələrə səbəb olmuşdu.
"Xanım dostlarımızda dekolte olmasın dedilər. Həmin xanımlar artıq proqrama çıxmır. Mən də kökündən çözdüm" - deyə, Adnan Oktar deyib
Jurnalist Nevşin Mengünün "Siz şeyxsinizmi?" sualına isə o, "mən belə şeyləri bilmirəm" deyə cavab verib.
Qeyd edək ki, "kedicik" kimi tanınan qadınlar Adnan Oktarın verilişlərində açıq-saçıq geyimdə iştirak edir, musiqi sədası altında rəqs edirdilər. Türkiyənin Ali Radio və Televiziya Qurumunun son hesabatında kanalda din və qadın istismarı olduğu barədə xəbər yayılmışdı.
Oxşar yazılar

İran Hayfadakı neft emalı zavoduna zərbə endirdi - VİDEO
15 iyun 2025 , 01:27
İranın İsrailə yeni hücumu başladı - VİDEO
15 iyun 2025 , 00:17
Netanyahu: İran iki dəfə Trampı öldürməyə cəhd edib
14 iyun 2025 , 23:55
Nikaraquanın ilk qadın prezidenti vəfat etdi
14 iyun 2025 , 23:34
SEPAH-ın daha bir rəhbər şəxsi öldürüldü
14 iyun 2025 , 23:17
İranın İsrailə atdığı raket partlamadı
14 iyun 2025 , 19:43
İranda MOSSAD casuslarının maşınları ələ keçirildi - İçindən nələr çıxdı? - YENİLƏNİB
14 iyun 2025 , 17:21