ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Tzinpin arasında yanvarın 10-na keçən gecə telefon danışığı baş tutub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir.
Məlumatda qeyd edilir ki, D.Tramp S.Tzinpinlə söhbət zamanı “Vahid Çin" siyasətinə hörmətlə yanaşacağını bildirib.
Açıqlamada həmçinin qeyd olunur ki, “telefon danışığı davamlı və çox səmimi” olub.
“Ölkə liderləri bir sıra məsələləri müzakirə ediblər. Prezident Tramp, Si Tzinpinin xahişi ilə "Vahid Çin" siyasətinə hörmətlə yanaşmağa razılaşıb”, - deyə məlumatda bildirir.
Qeyd edək ki, ABŞ və Çin liderləri arasında telefon danışığı barədə əvvəlcədən məlumat verilməmişdi.