<b>ABŞ: “Terrorla mübarizədə Türkiyənin yanındayıq”</b>
10 fevral 2017 04:03 (UTC +04:00)

ABŞ: “Terrorla mübarizədə Türkiyənin yanındayıq”

ABŞ vitse-prezidenti Mayk Pens Türkiyənin baş naziri Binəli Yıldırımla keçirdiyi telefon danışığı zamanı Türkiyə-ABŞ münasibətlərində “yeni gün”ün başlandığını qeyd edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə baş nazirinin dəftərxanasının məlumatında bildirilir.  

 

“Tərəflər iki ölkə arasındakı münasibətləri, təhlükəsizlik məsələləri, hərbi sahədə əməkdaşlıq  və müttəfiqlik əsasında terrorla mübarizəni müzakirə ediblər. Onlar, anlaşılmazlıqların aradan qaldırılmasının vacibliyini qeyd edərək,  əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.  Pens Yıldırıma Türkiyə-ABŞ münasibətlərində “yeni gün”ün başlandığını bildirib”, - deyə məlumatda bildirilib.   

 

ABŞ vitse-prezidenti həmçinin, Rusiya təyyarələrinin Əl-Baba endirdikləri zərbə nəticəsində türk əsgərlərinin ölümü ilə bağlı baş nazirə başsağlığı verib və ABŞ-ın terrorla mübarizədə Türkiyənin yanında olacağını vurğulayıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar