ABŞ Senatı Stiven Mnuçinin Maliyyə nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib.
APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, S. Mnuçinin namizədliyinin lehinə 53, əleyhinə isə 47 senator səs verib.
53 yaşlı Stiven Mnuçin 1985-2002-ci ildə ABŞ-ın ən iri korporasiyalarından biri olan “Goldman Sachs”-da çalışıb.
S.Mnuçin həmçinin “Dune Capital Management”, “OneWest Bank Group” və “RatPac-Dune Entertainment” kimi şirkətlərin təsisçisidir. “RatPac-Dune Entertainment” məşhur “Avatar”, “İks-adamlar” (X-Men) və sair filmlərə prodüserlik edib.