ABŞ-ın Fars körfəzindəki qüvvələri İranla münasibətlərdə gərginliyin artması, ordu və avadanlıqların ümumi hazırlığı ilə bağlı narahatlıqlarla əlaqədar pisləşməsi səbəbindən “ən yüksək hazırlıq vəziyyətinə” gətirilib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə ABŞ Müdafiə Nazirliyindəki mənbə bildirib.
Qeyd edək ki, İran yanvarın 29-da öz istehsalı olan ballistik raketi uğurla sınaqdan keçirib. ABŞ ballistik raketlərin sınağını kəskin pisləyərək, bunun BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olduğunu qeyd edib.
Həmçinin, xatırladaq ABŞ-ın yeni prezidenti D.Tramp İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair əldə olunmuş sazişə qarşı çıxış edir.