[b]ABŞ-da iki qatar toqquşdu: 2 ölü, 116 yaralı[/b]
04 fevral 2018 20:21 (UTC +04:00)

[b]ABŞ-da iki qatar toqquşdu: 2 ölü, 116 yaralı[/b]

ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarlarının toqquşması nəticəsində yaralıların sayı 116 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Henri Makmaster bildirib.

 

Bundan əvvəl 2 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilirdi.

 

Qəza zamanı Nyu-York-Mayami marşrutu ilə hərəkət edən sərnişin qatarında 139 sərnişin və 8 ekipaj üzvü olub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxıb. Hazırda hadisə yerində xilasedici əməliyyat davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar