
YENİ BİOMETRİK ÜSUL: barmaq izini ürəyimiz əvəzləyəcək
Buffalo Universitetinin tədqiqatçıları, ürəyin təyin olunması vasitəsilə kompüter və mobil cihazlar üçün yeni biometrik avtorizasiya üsulu yaradıblar.
Lent.az technote-a istinadla xəbər verir ki, bu üsuldan istifadə edərək cihazı blockdan çıxarmaq üçün sadəcə olaraq onun yanında olmaq kifayətdir.
Universitet tədqiqatçıları, iş zamanı ürəyin ölçüsü, forması və hərəkəti vasitəsilə insanın şəxsiyyətini təyin edən yeni üsul hazırlayıblar. Bunun üçün Doplerin aşağı səviyyəli radarından istifadə olunur. O, daimi rejimdə cihaz arxasında çalışan şəxsin doğruluğunu yoxlayır.
Bu üsuldan fərqli olaraq barmaq izi və üz skanı texnologiyaları, smartfonu işə salan zaman şəxsiyyəti yalnız bir dəfə yoxlayır. Hələki sözügedən yeni biometrik sistem, kompüterə qoşulu halda olan bir neçə platadan ibarətdir. Gələcəkdə yaradıcılar bu sistemi kiçiltməyi planlaşdırırlar. Beləliklə onu məsələn, kompüterə yerləşdirmək mümkün olacaq.
Bu sistemin yaradıcıları maraqlı bir fakta söykənirlər. Belə ki, böyük və sağlam insanın ürəyi öz formasını dəyişmir. Bu cür biometrik identifikasiyanın daha bir müsbət cəhəti isə ondan ibarətdir ki, bu halda hər hansı bir şəxs, cihazla qarşılıqlı əlaqədə olmur. Belə ki, sistemin yanında olmaq kifayətdir. Lakin bunun da öz mənfi cəhəti var. Kimsə sizin smartfonunuzu oğurlaya və onu blockdan çıxara bilər.
Oxşar yazılar

Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24