<b><span style="color:red;">Ərdoğan:  Toydakı partlayışı 12-14 yaşlı uşaq törədib</b>
21 avqust 2016 18:52 (UTC +04:00)

Ərdoğan: Toydakı partlayışı 12-14 yaşlı uşaq törədib

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində toy mərasimində partlayışın 12-14 yaşlı canlı bomba tərəfindən törədildiyini bildirib.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, toy mərasimində 12-14 yaşlı uşaq özünü partladıb, ya da kənardan uşağın üzərindəki partlayıcı qurğu kənardan işə salınıb.

 

Türkiyə prezidenti partlayış nəticəsində ölənlərin sayının 51 nəfərə çatdığını, 17-i ağır olmaqla, 69 yaralının müalicəsinin davam etdirildiyini qeyd edib. R. T. Ərdoğan hüquq-mühafizə orqanlarının ilkin versiyasının partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi olduğunu da nəzərə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429

Oxşar yazılar