![[b]“Hücum cəhdi dağıdıcı cavab zərbələrinə səbəb olacaq” - Pentaqon rəhbəri [/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]“Hücum cəhdi dağıdıcı cavab zərbələrinə səbəb olacaq” - Pentaqon rəhbəri [/b]
ABŞ müdafiə naziri Ceyms Mettis Şimali Koreya rəhbərliyinə xəbərdarlıq edib ki, onun sürətlə inkişaf edən nüvə proqramı ölkənin təhlükəsizliyini möhkəmləndirməyəcək, əksinə, zəiflədəcək.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Pentaqon rəhbəri Şimali Koreyanın nüvə ölkəsi olması ilə heç vaxt barışmayacaqlarını bildirib: “İllüziyalara qapılmayın. ABŞ-a və ya bizim müttəfiqlərimizə istənilən hücum dəf ediləcək. Nüvə silahının tətbiqi cəhdi effektiv və dağıdıcı cavab zərbələri ilə müşayiət olunacaq”.
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Mayk Pompeo Şimali Koreyanın nüvə proqramının artıq tezliklə ABŞ-a zərbə endirməyə imkan verəcək səviyyədə olduğunu açıqlayıb.
Oxşar yazılar

Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ
9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur
9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55