Moskvada zərgərlik mağazasını qarət etməkdə şübhəli sayılan şəxslərdən ikisi saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə TASS agentliyinə saxlanılan şəxslərin Azərbaycan vətəndaşları olduğunu bildirib. Hazırda cinayətkar qrupun digər üzvlərinin axtarışı davam edir.
Qeyd edək ki, martın 15-də axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində zərgərlik mağazasını qarət edib. Mağazada satıcıları təhdid edən həmin şəxslər 50 milyon rubl dəyərində qızıl-zinət əşyalarını götürərək aradan çıxıblar.