17 yaşlı ABŞ vətəndaşı Santon Kolon Roma papası Fransiski öldürmək istədiyini etiraf edib.
Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat verilib.
Məlumatda qeyd edilir ki, amerikalı öz planını Nyu Cersi ştatının Lindenuorld şəhərində yaşayarkən həyata keçirmək niyyətində olub. 2015-ci ilin sentyabrında Papa Pensilvaniyaya səfərə gəlməli idi. Yeniyetmə öz planını 2015-ci ilin iyunun 30-dan avqustun 24-dək yerinə yetirmək istədiyini deyib.
O, partlayıcı almaq, özü müstəqil bomba hazırlamaq və onu şəhərin müxtəlif yerlərində quraşdırmaq planının olduğunu bildirib. Bundan başqa Kolon kütləvi ibadət zamanı Fransiski öldürə bilən snayper tutmağa da cəhd edib. Lakin həmin "snayper" Federal Təhqiqat Bürosunun gizli əməkdaşı çıxıb.
2015-ci ildə FHB əməkdaşları Kolonu həbs edib.
ABŞ qanunvericiliyinə əsasən, onu 15 il həbs cəzası və 250 min dollar cərimə gözləyir.