"Kurtlar Vadisi" serialının aktyorları, "Pana film" əməkdaşları Necati Şaşmaz və Mehmet Canpolat haqqında başladılan cinayət işinə xitam verilib.
Lent.az-ın "Hüriyyət"ə istinadən məlumatına görə, qərara əsasən, ssenaridə qəhrəmanların paralel dövlət qurumağa dair fikirləri təbliğ etməsi və terror təşkilatı ilə əlaqələrinin təsdiqlənmədiyi bildirilib.
Qeyd edək ki, Türkiyədə ötən il iyunun 15-də hərbi çevriliş cəhdindən sonra "Pana Film" şirkətinin "Kurtlar Vadisi - Darbe" filminin müəllif hüququnu aldığı ortaya çıxmışdı. Bunun ardınca Necati Şaşmaz və Mehmet Canpolat haqqında filmin ssenarisində paralel dövlət qurulması fikirlərini təbliğ etdiyi və FETO terror təşkilatına üzv olduğu ittihamı ilə istintaq başladılmışdı.