“Google” planşet istehsalından imtina etdi
“Google” şirkəti planşet istehsalından imtina edib.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, bu haqda şirkətin vitse-prezidenti Rik Osterlox “Twitter” mikrobloqunda bildirib.
O qeyd edib ki, “Google”un istehsalçılar komandası “Pixelbook” noutbuklarının hazırlanması ilə məşğul olacaqlar:
“Google” şirkəti noutbuk və planşetlər üçün “Chrome OS” əməliyyat sisteminin dəstəyini dayandırmağa hazırlaşmır".
Xatırladaq ki, “Google” şirkəti 2018-ci ilin oktyabrında 12,3 düymlük ekranla təchiz edilmiş “Pixel Slate” planşetini təqdim etmişdi. Qurğu 8 meqapiksellik kamera və təsvirin dəqiqliyini təmin edən ekranla təchiz edilib.
648