“Əmir Qafqaz” qrupunun üzvü öldürüldü, "Zona" həbs edildi
02 noyabr 2015 14:15 (UTC +04:00)

“Əmir Qafqaz” qrupunun üzvü öldürüldü, "Zona" həbs edildi

Türkiyənin İstanbul şəhərində daha bir çeçen qətlə yetirilib.

 

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 31 yaşlı Georgi Kamayev evinin qarşısında odlu silahla öldürülüb. Silahlı naməlum şəxslər lüks avtomobili ilə evinin qarajına girmək istəyən G. Kamayevi atəşə tutublar.

 

 

Onun 2008-ci ildə Çeçenistandan Türkiyəyə köçdüyü və xeyli müddət orada yaşadığı, sonra Suriyaya getdiyi müəyyənləşib. Məlum olub ki, G. Kamayev Çeçenistanda “Əmir Qafqaz” qrupunun tərkibində döyüşüb. “Moqamed Edelgriev” kimi tanınan G. Kamayevin 3 qardaşının da silahlı birləşmələrdə döyüşdüyü və öldürüldüyü məlum olub.

 

Məlumata görə, G. Kamayev qısa müddət əvvəl arvadı və uşaqları ilə birlikdə Suriyadan Türkiyə keçib. O, Suriyada hökumət qüvvələrinə qarşı döyüşüb. Orada əri ölən bir qadınla evlənib və onun 2 azyaşlı uşağını övladlığa götürüb.

 

Qeyd edək ki, bundan əvvəl də İstanbulda 4 çeçen yaraqlı öldürülüb. Onların qətlində səs boğuculardan istifadə olunub. Cinayətlərlə bağlı 'Zona' kod adı ilə tanınan çeçen əsilli Temur M. saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35