“Küçələr boşalmadıqca, vətəndaş itaətsizliyi bitməyincə ikinci turda da baş nazirin seçilməsini dəstəkləməyəcəyik”.
Lent.az news.am-a istinadən bildirir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib. Aşotyanın sözlərinə görə, parlamentdə çoxluq təşkil edən respublikaçılar heç bir siyasi qüvvə ilə əməkdaşlığa getmək fikrində deyillər:
“Biz yeni qurulacaq hökümətin tərkibində olmayacağıq. Respublikaçı deputatlar hökümətin hər qərarını dəstəkləmək kimi bir öhdəlik götürməyib. Onlarla əməkdaşlığa, işbirliyinə də getməyəcəyik. Amma biz Nikol Paşinyanın namizədliyini bir halda dəstəkləyəcəyik. Dövlətlərarası dəmir yolu xəttlərinin fəaliyyəti tam bərpa olunsun, hava limanları istiqamətində gediş-gəliş bərpa edilsin”.
Qeyd edək ki, Ermənistanda baş nazir seçkilərinin ikinci turu mayın 8-də keçiriləcək. Birinci turda vahid namizəd Nikol Paşinyan 8 səs çatmadığı üçün baş nazir seçilə bilməyib.