70 dəfə estetik əməliyyat keçirən Rodriqonun həyatı hamını ŞOKA SALDI
Braziliyanın paytaxtı San-Pauluda anadan olan 1983-cü il təvəllüdlü Rodriqo Alves artıq 70-ci estetik əməliyyatını keçirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Rodriqo Alves 70-ci əməliyyatını keçirdikdən sonra dünyada tanınıb və Avropa kanallarının fenomeninə çevirilib. Ancaq dəfələrlə əməliyyat etdirən “Ken” ləqəbli şəxs hamını təəccübləndirib.
R.Alves sonuncu dəfə əməliyyatını İranda keçirib, ondan qabaq isə əməliyyat üçün Türkiyənin İstanbul şəhərinə yollanıb.
Rodriqo görünüşü ilə bağlı bu sözləri deyib:
“Əvvəllər görünüşümdən razı deyildim. Böyük burnum var idi. Dostlarım mənə “kartof burun” deyirdi. Mən özəl insanam. Fərqli doğuldum, fərqli böyüdüm. Fərqliliklərimlə yaşamağı və bununla mübarizə etmək məcburiyyətində qaldım.
Dostum yox idi. Məktəbə gedib, qara geyinib, başıma kepka taxıb, sinfin ən axırıncı partasında otururdum. 7 yaşımda olanda məni pilləkənlərdən yıxmışdılar. Kök, çirkin olduğum üçün depressiyada idim. Hamı mənə lağ edirdi. Sinfin “çirkin ördək balası” idim. Buna görə də belə qalmaq istəmədim. İstədiyim tək şey braziliyalı standartlarında bir yaraşıqlıq qazanmaq və bunun sayəsində toplumun məni qəbul etməsini istədim”.
Qeyd edək ki, “Ken” ləqəbini qəbul edən Rodriqo 18 yaşında İngiltərənin London şəhərində 6-dan çox dil öyrənib və Beynəlxalq Münasibətlər fakültəsinin məzunu olub. Həmçinin Alves ilk əməliyyatını da universitetə qəbul olduğu ildə keçirib.
1435