ABŞ-ın Kabildəki səfirliyinin 6 əməkdaşı narkotik vasitələrdən istifadə etdiklərinə görə vəzifəsindən azad edilib.
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, söhbət iki diplomat və müqavilə ilə işləyən dörd əməkdaşdan gedir. Məlumata görə, qanun pozuntusu ABŞ-ın Əfqanıstandakı səfirliyində aparılan xüsusi araşdırma zamanı üzə çıxıb. Narkotik vasitələrin növü barədə hər hansı məlumat verilmir.