Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalındakı terrorçu mövqelərinə qarşı hərbi əməliyyatlar davam etdirilir.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, "Fırat Qalxanı" hərəkatının 168-ci günündə İŞİD terror təşkilatına məxsus 203 mövqe atəşə tutulub. Gün ərzində davam edən silahlı atışmalar zamanı 21 terrorçu öldürülüb.